<b>Trampın təklif etdiyi səhiyyə islahatı Konqresdən keçmədi</b>
25 mart 2017 00:16 (UTC +04:00)

Trampın təklif etdiyi səhiyyə islahatı Konqresdən keçmədi

ABŞ prezidenti Donald Tramp “Obamacare” tibbi sığorta sistemini əvəzlənməsinə yönələn qanun layihəsini Konqresdən geri götürüb.

 

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, Tramp spiker Pol Rayandan təklif etdiyi sənədin geri götürülməsini xahiş edib.

 

Məlumata görə, 6 saatdan çox davam edən debatlarda Konqres üzvlərinin əksəriyyəti D.Trampın təşəbbüsünün əleyhinə çıxış edib. 

 

Qeyd edək ki, Barak Obamanın hakimiyyəti dövründə həyata keçirilən səhiyyə islahatı tibbi sığortası olmayan aztəminatlı amerikalıların dövlətin subsidiyaları hesabına sığortalanmasını nəzərdə tutur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 200
avatar

Oxşar yazılar