[b]Tramp İsrailin İŞİD sıralarındakı agenti üçün təhlükə yaradıb[/b]
17 may 2017 08:44 (UTC +04:00)

[b]Tramp İsrailin İŞİD sıralarındakı agenti üçün təhlükə yaradıb[/b]

ABŞ prezidenti Donald Tramp Rusiya XİN rəhbəri Sergey Lavrovla görüşü zamanı məxfi məlumatları açıqlamaqla, İsrailin İŞİD terror qruplaşmasının sıralarındakı gizli agentinin həyatını təhlükə altında qoyub.  APA-nın xəbərinə görə, bu barədə NBC News telekanalı adları çəkilməyən ABŞ məmurlarına istinadən məlumat yayıb.

 

Qeyd edək ki, “Washington Post” bundan əvvəl yaydığı məlumatda bildirmişdi ki, Tramp danışıqlar zamanı Lavrova İŞİD-lə bağlı tamamilə məxfi məlumatlar təqdim edib. Yerli KİV-lər söhbətin təyyarələrdə terror aktı təhlükəsindən getdiyini ehtimal edirlər.

 

Telekanalın məlumatına görə, İsrailin gizli agenti İŞİD-in Amerikaya uçan sərnişin təyyarələrindən birini noutbuka quraşdırılmış partlayıcı qurğu vasitəsilə partlatmaq planı barədə məlumatı ABŞ-a ötürüb.  Məlumata görə, aeroportlardakı yoxlama sistemləri bu cür partlayıcı qurğuları aşkarlamaq iqtidarında deyil.  

 

Telekanal məlumatın etibarlı mənbədən ötürüldüyünü qeyd edir. Belə ki, ABŞ Yaxın Şərq ölkələrindən ölkəyə uçan təyyarələrin göyərtəsinə noutbukların keçirilməsinə qadağa qoyub. Qadağanın tezliklə Avropa ölkələrindən ABŞ-a uçan təyyarələrə də şamil ediləcəyi gözlənilir. Bu addımların terror təhlükəsinin aradan qaldırılmasının təmin olunması ilə əlaqələndirilir.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 210
avatar

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35