<b>Samvel Babayanın saxlanılması təsdiqləndi</b>
23 mart 2017 00:14 (UTC +04:00)

Samvel Babayanın saxlanılması təsdiqləndi

Ermənistan Milli Təhlükəsizlik Xidməti qondarma “Dağlıq Qarabağ Respublikası”nın sabiq müdafiə naziri Samvel Babayanın saxlanılmasını təsdiqləyib.

 

APA-nın news.am-a istinadən verdiyi xəbərə görə, S.Babayan və daha iki şəxs “İqla” zenit-raket kompleksinin qaçaqmalçılığında şübhəli bilinərək saxlanılıblar.

 

İstintaq araşdırması nəticəsində məlum olub ki, zenit-raket kompleksini Ermənistana gətirən şəxslər S.Babayanla əlbir olub, onun sifarişi ilə hərəkət ediblər. Hazırda zenit-raket kompleksinin əldə edilməsinin motivləri, mümkün hədəfləri və maliyyə mənbəyi öyrənilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 209
avatar

Oxşar yazılar