<b>Rusiya Frenk El Kaponenin təşkilatını ləğv edir</b>
24 noyabr 2016 17:37 (UTC +04:00)

Rusiya Frenk El Kaponenin təşkilatını ləğv edir

Rusiya Federasiyasının Ədliyyə Nazirliyi Fizuli Məmmədovun (Frenk El Kapone) sədri olduğu “Dünya Azərbaycanlıları İttifaqı”na (DAİ) xitam verir. Lent.az-ın məlumatına görə, artıq Rusiya Ali Məhkəməsi onların icraatında “DAİ” nın fəaliyyətinə xitam verilməsinə dair Ədliyyə Nazirliyinin inzibati iddia ərizəsi əsasında başlanmış iş mövcuddur. Rusiyanın Ali Məhkəməsi də öz növbəsində RF Ədliyyə Nazirliyinin müraciətinə operativ münasibət bildirərək “DAİ” işi ilə əlaqədar bu ilin 1 dekabr tarixinə məhkəmə iclası təyin edib.

Məlumata görə, qurum maliyyə məsələlərində ittiham edilir.

Xatırladırıq ki, “Dünya Azərbaycanlıları İttifaqı”  2005-ci ildə Fizuli Məmməd oğlu Məmmədov (Frenk El Kapone) tərəfindən təsis edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 330
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar