![[b]Pilotlar ölkəni tərk edir - İranda növbəti böhran[/b]](https://lent.az/storage/news/2019/april/17/big/3e8c556f92b574c62b967ba297f81ed2.jpg)
[b]Pilotlar ölkəni tərk edir - İranda növbəti böhran[/b]
Son aylar ərzində İran iqtisadiyyatında baş verən kəskin geriləmələr və ağır sosial vəziyyət pilotların ölkəni tərk etməsi ilə nəticələnib.
İş mühitindən narazılıq, uçuşların azalması, aşağı təhlükəsizlik standartları və bu kimi digər səbəblərə görə, iranlı pilotlar ölkəni tərk etməyə başlayıblar.
İran Hava Yolları Şirkətləri Assosiasiyasının katibinin sözlərinə əsasən, 1396-cı il ilə müqayisədə 1397-ci ildə 2000 işsiz pilot var və həyata keçirilmiş uçuşların həcmində 13% azalma müşahidə edilib. Bu səbəbdən, təkcə 1397-ci ilin son 3 ay ərzində 100-dən çox pilot müharicət üçün müraciət edib.
Pilotların ölkəni tərk etməsi o qədər ciddi məsələdir ki, mütəxəssislər prosesi “İran aviasiya sənayesini gözləyən böhran” adlandırırlar.
Sanksiyalardan sonra İran iqtisadiyyatının acınacaqlı vəziyyətə düşməsi, eləcə də xarici şirkətlərlə daxili şirkətlərin pilotlara ödədiyi əmək haqları arasında kəskin fərq prosesə təsir göstərən əsas amillərdəndir. 1394-cü ilin mehr ayında Pilotlar Assosiasiyasının idarə heyətinin üzvü Qulamrza Məhəmmədi bildirmişdi ki, qonşu ölkələrdə pilot köməkçisi aylıq 10-12 min dollar məvacib aldığı halda, İranda pilot özü 3 milyon tümən alır.
İranı tərk edən əksər pilotlar Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Hindistan, Qətər və qonşu ölkələrdə işləyirlər. Əmək haqlarından başqa, iş mühiti, müdirin işçilərlə davranışı və digər bu kimi amillər də onların mühacirət etməsinə yol açır.
(gunaz.tv.az)
Oxşar yazılar

157 milyonluq saat, ağlasığmaz dəbdəbə - Kadırovun oğlunun toyuna kimlər gəldi?-VİDEO
30 iyun 2025 , 21:44
İsrail İranda kimi məhv etməli idi – Əli Laricani təfərrüatları AÇIQLADI
30 iyun 2025 , 19:20
Putinin karteji üçün motosiklet hazırlayan intihar etdi
30 iyun 2025 , 16:39
Ana və körpəsini öldürüb meyitləri meşəyə atdılar
30 iyun 2025 , 14:43
Dini bayramda izdiham: 3 ölü, 50 yaralı
30 iyun 2025 , 07:29
Sensasion açıqlama: ABŞ nüvə obyektlərini vuracağını əvvəlcədən İrana deyib
30 iyun 2025 , 04:27
Nüvə müharibəsi baş verərsə, dünya ilə nə olacaq? – Ekspertdən dəhşətli PROQNOZ
29 iyun 2025 , 19:59