<b>Nyu-Yorkdakı terrorçunun kimliyi açıqlandı  </b>
01 noyabr 2017 02:47 (UTC +04:00)

Nyu-Yorkdakı terrorçunun kimliyi açıqlandı

Nyu-Yorkda terror aktı törətməkdə şübhəli bilinən şəxsin kimliyi bəlli olub. APA-nın “CBS News”a istinadən verdiyi xəbərə görə,  həmin şəxsin Florida ştatının sakini Sayfullo Saipov olduğu bildirilir.  

 

Saxlanılan 29 yaşlı şəxsin Tampa şəhərində yaşadığı qeyd olunur. Məlumata görə, Sayfullo Saipov Özbəkistan vətəndaşıdır. 

 

Qeyd edək ki, yük maşını idarə edən şəxs avtomobili velosiped yoluna çıxararaq velosipedçilərin üzərinə sürüb, daha sonra məktəb avtobusu ilə toqquşub. Avtomobildən düşən sürücünü polislər atəş açaraq yaralayıblar. Onun əlində peyntbol tapançası olduğu bildirilir.   

 

Şahidlərin sözlərinə görə, sürücü avtomobili tərk edərkən “Allah Əkbər” deyə qışqırıb.   

 

Son məlumata görə, hücum nəticəsində 8 nəfər ölüb, 10-dan çox şəxs xəsarət alıb.  Ölənlərdən 6-sı hadisə yerində, 2 nəfəri isə xəstəxanada keçinib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 166
avatar

Oxşar yazılar

Dünyanın ən böyük  çiyələyi

Dünyanın ən böyük çiyələyi

27 iyul 2024 , 12:50
MDB ölkələrindən birində terror törətmək  istəyən tutuldu

MDB ölkələrindən birində terror törətmək istəyən tutuldu

27 iyul 2024 , 10:20
Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42