Türkiyə Energetika Nazirliyi ABŞ tərəfindən kiberhücumlara məruz qalıb. APA-nın “Turkish Minute”-yə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə energetika naziri Berat Albayrak bildirib.
“Dünən ABŞ-dan həyata keçirilən güclü kiberhücumların şahidi olduq. Energetika Nazirliyinin müxtəlif departamentləri mütəmadi olaraq bu cür hücumlara məruz qalır, lakin biz onları dəf edə bildik”, - deyə nazir bildirib.