[b]Miqrant faciəsi davam edir: 250-dən çox afrikalı boğuldu[/b]
24 mart 2017 03:09 (UTC +04:00)

[b]Miqrant faciəsi davam edir: 250-dən çox afrikalı boğuldu[/b]

0

Aralıq dənizinin Liviya sahilləri yaxınlığında miqrantları daşıyan iki qayıq batıb. APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, gəmilərin göyərtəsində olan 250-dək miqrantın öldüyü ehtimal olunur.  

 

Məlumata görə, qismən batmış rezin qayıqlar sahildən 24 km aralıda aşkarlanıb. Hazırda ölmüş miqrantlardan beşinin cəsədi sudan çıxarılıb.

 

“Frontex” agentliyinin məlumatına görə, 2016-cı ildə qeyd olunan marşrutla Avropaya 180 min miqrant daxil olub. Onların əksəriyyəti Afrika qitəsinin təmsilçisidir (Eritreya, Qvineya, Kot-Divuar və Qambiya). Ötən il ərzində ölən və itkin düşən miqrantların sayı 5 mindən çox olub.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 375

Oxşar yazılar