[b]İstanbulda partlayışlarla bağlı 10 nəfər tutuldu[/b]
11 dekabr 2016 06:49 (UTC +04:00)

[b]İstanbulda partlayışlarla bağlı 10 nəfər tutuldu[/b]

İstanbulun mərkəzində törədilən iki partlayışla əlaqədar 10 nəfər saxlanılıb.

 

APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə DİN rəhbəri Süleyman Soylu bildirib.

 

Nazir bildirib ki, minalanmış avtomobil məsafədən idarə olunan partladıcı qurğu vasitəsi ilə partladılıb.  

 

Qeyd edək ki, son məlumata görə, İstanbulda iki partlayış nəticəsində 29 nəfər ölüb, 166 nəfər yaralanıb.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 464
avatar

Oxşar yazılar