<b>İŞİD silahlıların "maaşı"nı kəsdi </b>
06 yanvar 2017 06:36 (UTC +04:00)

İŞİD silahlıların "maaşı"nı kəsdi

İŞİD terror qruplaşması İraqın Mosul şəhərindəki silahlılarına əmək haqlarının verilməsini dayandırıb. APA-nın “Telegraph”a istinadən verdiyi xəbərə görə, bu barədə şəhərin sakinləri bildirib.  

 

Nəşrin məlumatına görə, silahlıların hazırda maliyyə vəsaitlərinin əldə edə bilməməsinin səbəbi  qruplaşmanın neft infrastrukturuna ciddi zərbənin dəyməsidir.  Məlumata görə, bu vaxtadək silahlıların aylıq məvacibi  350 dollar təşkil  edib.  

 

“Telegraph” qeyd edir ki, şəhəri tərk etmələrinə görə sakinlərdən tələb olunan vəsaitlər son vaxtlar silahlıların əsas gəlir mənbəyinə çevrilib.  

 

Qeyd edək ki, 2014-cü ildən İŞİD-in nəzarətinə keçən Mosulun azad olunması əməliyyatı oktyabrın 17-dən davam etdirilir.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 326
avatar

Oxşar yazılar