<b>İranın sabiq prezidenti vəfat etdi</b> - <span style="color:red;">YENİLƏNİB
08 yanvar 2017 20:30 (UTC +04:00)

İranın sabiq prezidenti vəfat etdi - YENİLƏNİB

İranın Məsləhət Şurasının sədri, sabiq prezident Əli Əkbər Haşimi Rəfsəncani 82 yaşında vəfat edib.

 

APA-nın Tehran bürosunun məlumatına görə,  Ə.Ə.Haşimi Rəfsəncani ürəyində problem yarandığı üçün bu gün xəstəxanaya yerləşdirilmişdi. Onun ürək çatışmamazlığından dünyasını dəyişdiyi bildirilir.

 

Əli Əkbər Haşimi Rəfsəncani İranın dördüncü prezidenti olub. 1980 - 1989-cu illərdə Ə.Ə.Haşimi Rəfsəncani İran Parlamentinin spikeri vəzifəsində çalışıb.

 

***

 

İranın Məsləhət Şurasının sədri, sabiq prezident Əli Əkbər Haşimi Rəfsəncani xəstəxanaya yerləşdirilib.

 

APA-nın Tehran bürosunun məlumatına görə,  Ə.Ə.Haşimi Rəfsəncani ürəyində problem yarandığı üçün xəstəxanaya yerləşdirilib.

 

Haşimi Rəfsəncaninin oğlu Məhəmməd Haşimi atasının xəstəxanaya yerləşdirilməsi xəbərini təsdiqləyib, vəziyyətinin normal olduğunu qeyd edib.

 

Qeyd edək ki, Əli Əkbər Haşimi Rəfsəncani İranın dördüncü prezidenti vəzifəsində çalışıb. 2005-ci ildə prezident seçkilərində Mahmud Əhmədinejad səs çoxluğu ilə onu qabaqlayıb. 1980 - 1989-cu illərdə Ə.Ə.Haşimi Rəfsəncani İran Parlamentinin spikeri vəzifəsində çalışıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 316
avatar

Oxşar yazılar