[b]İranda avtobus aşdı [/b]- [b]10 ölü, 19 yaralı[/b]
05 noyabr 2017 21:23 (UTC +04:00)

[b]İranda avtobus aşdı [/b]- [b]10 ölü, 19 yaralı[/b]

İranda ağır yol qəzası baş verib.

 

APA-nın Tehran bürosunun məlumatına görə, paytaxtdan Günbədi-Kavus  şəhərinə gedən sərnişin avtobusu Mazandaran əyalətinin Savadkuh bölgəsində aşıb.

 

Qəza nəticəsində 10 nəfər ölüb, 19 nəfər yaralanıb. Hadisə bu gün yerli vaxtla saat 18:46 -da baş verib. Yaralılar xəstəxanaya çatdırılıb. Onlardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 254

Oxşar yazılar