"İran heç bir halda Rusiyaya hərbi baza verməyəcək" - <span style="color:red;">nazir
22 avqust 2016 16:26 (UTC +04:00)

"İran heç bir halda Rusiyaya hərbi baza verməyəcək" - nazir

Rəsmi Tehran Moskvanın İranda bombardımançı təyyarələr yerləşdirməsi barədə məlumatı məsləhətləşmədən verməsindən narazı qalıb.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, İranın müdafiə naziri Hüseyn Dehqan yerli telekanala müsahibəsində bildirib ki, Rusiya Tehranı xəbərdar etmədən öz bombardımançı təyyarələrini Həmədandakı aviabazada yerləşdirməsi barədə məlumat yayıb.

 

"İran nəyə görə Rusiya təyyarələrinin öz aviabazasında yerləşdirilməsini birinci elan etməyib?" sualına cavabında iranlı nazir bildirib ki, Rusiya nəhəng ölkə olduğunu və təhlükəsizlik sahəsində tendensiyalara güclü təsir etmək imkanına malik olduğunu göstərməkdə maraqlıdır: “Rusiya göstərmək istəyib ki, onun Hərbi Kosmik Qüvvələri Suriyadakı əməliyyatlarda effektli vasitədir, amerikalılarla danışıqlar aparmaqda ona kömək edə bilər”.

 

Bundan başqa H. Dehqan İranın heç bir halda daimi əsasda Rusiyaya hərbi baza verməyəcəyini bildirib: "Onlar bura qalmağa gəlməmişdilər".

 

İran müdafiə naziri ABŞ vəzifəli şəxslərinin S-300 raket zenit kompleksinin Tehranın şərqində yerləşdirməsi ilə bağlı etirazlarına da münasibət bildirib: "Bizim Hava Hücumundan Müdafiə sistemini harada yerləşdirməyimizin ABŞ-a dəxli yoxdur. Sistem harada lazımdısa, orada da yerləşdiriləcək və bu barədə qərar komandanlıq tərəfindən qəbul olunacaq".

 

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi İranın Həmədan aerodromundan istifadəyə başlaması ilə bağlı avqustun 16-da məlumat yayıb. Məlumatda Rusiyanın Tu-22M3 və Su-34 bombardımançı təyyarələrinin Həmədan aviabazasından qalxaraq "İŞİD" və "Cəbhət-ən-Nüsra" terrorçu qruplarının Suriyadakı mövqelərinə zərbə endirdiyi bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 177
avatar

APA Baycan

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35