[b]Erməni müğənni azərbaycanlıların restoranında konsert verəcək:[/b] menyu 60 dollar
29 iyun 2017 13:37 (UTC +04:00)

[b]Erməni müğənni azərbaycanlıların restoranında konsert verəcək:[/b] menyu 60 dollar

Moskvada azərbaycanlılara məxsus ”Bakinski dvorik” restoranında erməni müğənninin konserti keçiriləcək. Lent.az-ın məlumatına görə, iyunun 30-da baş tutacaq konsertdə erməni şanson, daha çox Boka adıyla məşğul olan Boris Davidyan çıxış edəcək. Konsert “Bakinski dvorik”lər şəbəkəsinin “Sokolniki” metrostansiyası yaxınlığındakı restoranında baş tutacaq. Bu konsertdən sonra erməni müğənni şəbəkənin Moskvada yerləşən digər restoranlarında çıxış edəcək.

 

Lent.az-ın əməkdaşı “Bakinski dvorik” restoranlar şəbəkəsi ilə əlaqə saxlayıb. Restorandan verilən məlumata görə, artıq sifarişlərin qəbulu başa çatır.

 

“Bir stulun qiyməti təxminən 60 dollar civarındadır. Restorana gələnlər məhz bu qədər pula menyudan istifadə edə biləcəklər. Sifarişlər 60 dolları aşarsa, əlavə pul ödəniləcək” deyə bildirilib.

Davidyan Boris Arkadyeviç 28 aprel 1949-cu ildə Bakıda anadan olub. Hazırda ABŞ-da yaşayır. Erməni diasporunun aktiv üzvlərindən biridir. Yeri gəlmişkən, 90-cı illərdə Bokanın Moskvada öz restoranı da olub. “U Boki” adlanan bu restoran bir neçə il fəaliyyət göstərsə də, sonradan bağlanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 251
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35