[b]Ərdoğan NATO-nun baş katibi ilə görüşdü[/b]
16 aprel 2018 21:53 (UTC +04:00)

[b]Ərdoğan NATO-nun baş katibi ilə görüşdü[/b]

Bu gün Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və NATO-nun baş katibi Yens Stoltenberq arasında görüş olub.

 

APA-nın məlumatına görə, görüşdə Suriyadakı vəziyyət və Türkiyə - NATO münasibətləri müzakirə olunub.

 

NATO baş katibi Türkiyənin Alyansdakı strateji əhəmiyyətini vurğulayıb. Tərəflər  həmçinin iyul ayında Brüsseldə keçiriləcək NATO zirvə toplantısına hazırlığı müzakirə ediblər.

 

Söhbət zamanı Ərdoğan və Stoltenberq aprelin 14-ə keçən gecə ABŞ, Böyük Britaniya və Fransa tərəfindən Dumada kimyəvi silahdan istifadəyə cavab olaraq Suriya ərazisində keçirilən əməliyyat ətrafında fikir mübadiləsi aparıblar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 284
avatar

Oxşar yazılar