Çinin cənubundakı Tsyansi əyalətində elektrik stansiyasının uçması nəticəsində həlak olanların sayı 40-a çatıb. Lent.az-ın "Sinxua" agentliyinə istinadən xəbərinə görə, yerli vaxtla saat 7.00-da baş verən hadisə zamanı tikinti platforması uçub, çoxlu sayda işçi dağıntılar altda qalıb.
Bir qədər əvvəl həlak olanların sayı 22 nəfər göstərilirdi.
Hazırda hadisə yerində xilasetmə işləri davam edir.
***
07:11
Çinin Tsyansi əyalətində inşa edilən elektrik stansiyasında uçqun baş verib.
APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, insident nəticəsində 22 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
Bədbəxt hadisə yerli vaxtla saat 07:00-də Fençen şəhərində qeydə alınıb. Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb olunub.
Hadisənin təfərrüatları barədə hələ ki, məlumat verilmir.