Rusiyanın Kurqan vilayətinin Şadrinsk şəhər məhkəməsi “Ağ canavarlar” adlı ekstremist təşkilatının üzvlərinə hökm oxuyub. Lent.az-ın məlumatına görə, “Ağ canavarlar2 Şadrinskdə azərbaycanlılara məxsus kafelərin yandırılmasında iştirak etdiklərinə görə mühakimə olunublar.
Məhkəmə dəstə üzvlərinin hər birini 6 il müddətinə azadlıqdan məhrum edib. Dəstənin bir üzvü yetkinlik yaşına çatmadığına görə, məhkəmə zalından azadlığa buraxılıb.