Rusiyanın Sankt Peterburq şəhərində 27 yaşlı ABŞ vətəndaşı mübahisə etdiyi şəxsin gözünə bıçaq sancıb. APA-nın “Fontanka.ru”ya istinadən verdiyi xəbərə görə, insident ABŞ vətəndaşı və onun xosteldəki qonşusu, 32 yaşlı Tacikistan vətəndaşı arasında yaranan münaqişə zəminində baş verib. Tacik müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Amerikalı saxlanılıb. O, polisə ifadəsində Rusiyaya aprelin 2-də iş tapmaq və daimi yaşamaq məqsədi ilə gəldiyini bildirib.
İnsidentlə əlaqədar “Xuliqanlıq” maddəsi üzrə cinayət işi başlanıb.