“Vaz-2101” markalı ilk avtomobilin istehsal edildiyi gündən 45 il ötür. Lent.az-ın Gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə Volqa Avtomobil Zavodunun (VAZ) press relizində qeyd olunub.
“Vaz-2101” markalı birinci avtomobil Tolyattidə konveyerdən məhz 1970-ci ilin aprelin 19-da çıxıb.
“AvtoVAZ” bu əlamətdar tarix münasibəti ilə silsilə tədbirlər keçirəcək. Belə ki, müəssisədə ekskursiya, zavodun qarşısında müxtəlif illərdə buraxılan avtomobillərin sərgisi və 45 “VAZ 2101” markalı avtomobillərin avtoyürüşü təşkil olunacaq.
Qeyd edək ki, Tolyattidə ümumilikdə 4,8 mln “Vaz-2101” markalı avtomobil istehsal olunub.