“Sepah” rəsmən "Xarici Terrorçu Təşkilatlar" siyahısında - <span style="color:red;">Departament təsdiqlədi
16 aprel 2019 12:10 (UTC +04:00)

“Sepah” rəsmən "Xarici Terrorçu Təşkilatlar" siyahısında - Departament təsdiqlədi

İran İnqilab Keşikçiləri Korpusu (Sepah) rəsmən ABŞ Dövlət Departamentinin xarici terrorçu qruplar siyahısına daxil edilib.
 
 
“Sepah”ın beynəlxalq bir terrorçu təşkilat kimi adı, Amerika Birləşmiş Ştatlarının federal hökumətinin rəsmi jurnalında (FEDERAL REGİSTER - The Daily Journal of the United States Government) qeyd edilib.
 
 
ABŞ Konqresinin bu qərara münasibət bildirməsinə bir həftə vaxtı var. Lakin belə bir qərarın Amerika federal hökumətinin rəsmi jurnalında dərc edilməsi, həmin qərarın rəsiləşməsi deməkdir və Konqresin bu qərara qarşı çıxacağı gözlənilmir.
 
 
Bildirilir ki, ABŞ Dövlət Departamenti bu günə qədər dünyanın 60-dan çox terrorçu təşkilatını, o cümlədən də “Əl-Qaidə”, “DAİŞ (İŞİD), Livan “Hizbullah”ı və bəzi fələstinli təşkilatları “Xarici Terrorçu Təşkilatlar” siyahısına daxil edib.
 
 
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp aprelin 8-də bəyanat yayaraq, İran İnqilab Keşikçiləri Korpusunu (Sepah-ı) terrorçu təşkilatlar siyahısına daxil etdiyini rəsmən elan edib.
 
 
Bəyanatında deyilir: “Bu gün mən mühacirət və vətəndaşlıq məcəlləsinin 219-cu bəndini rəhbər tutaraq, hökumətimin “Sepah”ı və onun “Qüds” qanadını xarici terror təşkilatı kimi tanımaqla bağlı qərarını elan edirəm. Dövlət Departamentinin rəhbərliyi altında atılan bu misilsiz addım, İranın təkcə terrorizmi dəstəkləyən dövlət olduğunu deyil, eləcə də “Sepah”ın bir dövlət qurumu kimi terror aktlarında fəal iştirak etdiyini və terrorizmin yayılmasını maliyyələşdirdiyini göstərir. “Sepah”, İran rejiminin dünyada terrorizmi idarə və təbliğ etməsi və onu maliyyələşdirməsi üçün əsas alətlərdən biridir”.
 
 
(guntv.az)
# 584
avatar

Oxşar yazılar

Arvadını öldürüb əvəzinə seks kuklası aldı  - Ağlagəlməz OLAY

Arvadını öldürüb əvəzinə seks kuklası aldı - Ağlagəlməz OLAY

27 aprel 2024 , 19:31
Hərbçilər öz kəndlərinin 220 sakinini  edam etdi - 56-sı uşaqdır

Hərbçilər öz kəndlərinin 220 sakinini edam etdi - 56-sı uşaqdır

27 aprel 2024 , 10:12
Helikopter qəzaya uğradı, 8 ölü var

Helikopter qəzaya uğradı, 8 ölü var

27 aprel 2024 , 06:25
Tornado bölgələri vurdu, yaralılar var

Tornado bölgələri vurdu, yaralılar var

27 aprel 2024 , 05:57
 DƏHŞƏT:   Bir ailə toyda yanaraq öldü

DƏHŞƏT: Bir ailə toyda yanaraq öldü

27 aprel 2024 , 04:59
Belçikadan Ukraynaya hava dəstəyi

Belçikadan Ukraynaya hava dəstəyi

27 aprel 2024 , 01:56
Moskvada spirtli içkilərin satışı  qadağan olunur

Moskvada spirtli içkilərin satışı qadağan olunur

26 aprel 2024 , 23:05
Qaz yatağı dronla vuruldu, ölənlər var

Qaz yatağı dronla vuruldu, ölənlər var

26 aprel 2024 , 22:25