“Ölüm indikatoru” icad olundu
01 avqust 2016 04:32 (UTC +04:00)

“Ölüm indikatoru” icad olundu

Britaniya alimləri insanın ömrünə  nə qədər qaldığını müəyyən etməyi bacaran cihaz hazırlayıblar.

 

Lent.az-ın “musavat.com”-a istinadən məlumatına görə, qola taxılan saata oxşayan cihaza “ölüm indikatoru” adı verilib. O, orqanizmin nə qədər sürətlə qocaldığını müəyyən edir. Lankaster Universitetinin mütəxəssislərinin yaratdıqları qurğu ağrısız lazer şüalanmasının köməyi ilə kapillyarlardakı endotel hüceyrələrin vəziyyətini öyrənir və qocalmanın sürətini hesablayır. Testin nəticələrini 0-dan 100-dək rəqəmlər göstərir. Minimum nəticələr insanın artıq öldüyünü, maksimum nəticə isə sağlamlığın optimal vəziyyətini göstərir.

 

“Mirror” qəzeti yazır ki, “ölüm indikatoru”nun köməyi ilə ağıl zəifliyi və xərçəng kimi xəstəliklərə diaqnoz qoymaq mümkündür. Qurğunu yaradan fiziklər Aneta Stefanovska və Piter Makklintokun sözlərinə görə, testin nəticələri mütəmadi olaraq məlumat bazalarına köçürüləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 250
avatar

Oxşar yazılar