Yaponiyada “Lan” qasırğası nəticəsində 7 nəfər ölüb, 90 nəfər xəsarət alıb.
APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, qasırğa Sidzuoka prefekturasında ciddi fəsadlar törətdikdən sonra ölkənin şərq hissəsinə üz tutub.
Bundan əvvəl təbii fəlakət nəticəsində 2 nəfərin öldüyü, 86 nəfərin xəsarət aldığı bildirilirdi.
“Lan” qasırğasının səbəb olduğu daşqınlar nəticəsində 20 min insan sahilboyu ərazilərdən təxliyə edilib.