Vaşinqton Kiyevdən hücuma keçməyi tələb etdi - KİV
19 fevral 2023 21:46 (UTC +04:00)

Vaşinqton Kiyevdən hücuma keçməyi tələb etdi - KİV

ABŞ Prezidenti Co Baydenin administrasiyası Ukrayna hakimiyyətindən hücuma keçməyi tələb edib və Avropa ölkələrindən hərbi yardımın azaldılması ehtimalı barədə xəbərdarlıq edib.

Lent.az-ın məlumatına görə, bu barədə bazar günü ABŞ-ın “Politico” qəzeti etibarlı mənbələrə istinadən məlumat yayıb.

“Bayden administrasiyası təcili olaraq prezident Vladimir Zelenskinin administrasiyasından əldə olunan nailiyyətləri möhkəmləndirməyi və ola bilsin ki, əks-hücum həyata keçirməyi tələb edib”, - nəşr yazır. 

Qəzet yazır ki, Ağ Ev həmçinin Zelenskinin köməkçilərinə Vaşinqton və Avropadan hərbi yardımın sərbəst şəkildə daxil olduğu vaxtda hücum əməliyyatına hazırlaşmağı tapşırıb. Çünki Ukraynanın avropalı müttəfiqlərinin dəstəyini azaltmaq riski var.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1797
avatar

Oxşar yazılar