Tedros Adanom Qebreyesus
17 noyabr 2021 02:22 (UTC +04:00)

Tedros Adanom Qebreyesus

ÜST rəhbəri pandemiyanın uzanma SƏBƏBLƏRİNDƏN DANIŞDI

"Peyvəndlərin qeyri-bərabər bölgüsü, qeyri-ardıcıl ictimai səhiyyə tədbirləri – bütün bunlar səhiyyə xidmətində uyğunsuzluqlar yaradır ki, bu da öz növbəsində pandemiyanın uzanmasına kömək edir”.

APA-nın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Qebreyesus Koreya Respublikasının təşkil etdiyi təhlükəsizlik forumunda onlayn çıxışı zamanı deyib.

ÜST rəhbəri əlavə edib ki, sadalanan problemlər aradan qalxmadığı təqdirdə virusa hərəkətlənmək və mutasiya etmək üçün daha çox şərait yaradacaq: “Rəsmi statistikaya görə, 5 milyondan çox insan koronavirusdan dünyasını dəyişib, lakin real rəqəm daha çoxdur. Çıxışlarda da qeyd edildi ki, bu xəstəliklə yaşayan insanların sayı naməlumdur, söhbət hələ də anlamadığımız bir xəstəlikdən gedir”.

Qeyd edək ki, səhiyyə sahəsində əməkdaşlığı gücləndirmək məqsədilə noyabrın 29-dan dekabrın 1-dək Ümumdünya Səhiyyə Assambleyasının Cenevrədə keçirilməsi nəzərdə tutulan xüsusi sessiyası keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1215
avatar

Oxşar yazılar