Yaxın vaxtlarda Ukraynaya uzaqmənzilli raketlərin tədarükünə qoyulan qadağa aradan qaldırılacaq.
APA-nın xəbərinə görə, bunu Ukrayna prezidenti Vladimir Zelenski özünün Telegram kanalında bildirib.
“Uzun mənzilli raketlərin tədarükü ilə bağlı tabu artıq aradan qaldırılır” - deyən Zelenski, hazırda bu məsələnin üzərində işləndiyini bildirib.
Zelenski həmçinin qeyd edib ki, hazırda Ukrayna üçün tank koalisiyası yaradılıb.