Ukraynada öldürülən keçmiş qatilin  təntənəli dəfninə   imkan verilmədi
08 fevral 2023 18:39 (UTC +04:00)

Ukraynada öldürülən keçmiş qatilin təntənəli dəfninə imkan verilmədi

Zabaykal diyarının Çernışevski rayonunun Jireken qəsəbəsinin sakinləri “Vaqner”in tərkibində Ukraynadakı müharibədə həlak olan Nikita Kasatkinin təntənəli dəfn mərasimindən imtina ediblər.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, “Vaqner”in tərkibində döyüşməyə aparılan məhkumun təntənəli dəfninə sakinlər etiraz etdiklərindən onunla vida mərasimi xalası oğlunun evində keçirilib.

Əvvəllər adıçəkilən qəsəbə administrasiyasının rəhbəri olan Alena Koqodeeva deyib ki, insanların cənazə mərasimini təntənəli təşkil etməyin lazım olub-olmaması ilə bağlı fikir ayrılıqları var. Onun sözlərinə görə, Kasatkin bir neçə il əvvəl qətl törətməkdə təqsirli bilinib. O qeyd edib ki, insanlar bunu unutmayıblar.

“Qəsəbənin  yarısı deyir: “İndi qatillərdən qəhrəman edəcəyik?” Yarısı isə deyir ki, “O, Ukraynada günahlarını qanı ilə yuyub” Kənd iki düşərgəyə bölünüb” – Koqodeeva vurğulayıb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2455

Oxşar yazılar

Doha-İstanbul reysi ilə uçan təyyarə bir mühərriklə eniş etdi - VİDEO

Doha-İstanbul reysi ilə uçan təyyarə bir mühərriklə eniş etdi - VİDEO

13 may 2025 , 06:39
İlin müəllimi 12 yaşlı uşağı zorladı

İlin müəllimi 12 yaşlı uşağı zorladı

13 may 2025 , 04:28
Yeni Roma Papası əslən Türkiyənin Kayseri vilayətindəndir - MARAQLI İDDİA

Yeni Roma Papası əslən Türkiyənin Kayseri vilayətindəndir - MARAQLI İDDİA

13 may 2025 , 01:41
PKK  özünü buraxdı

PKK özünü buraxdı

12 may 2025 , 10:10
Hindistan yenə Ermənistana "Akash" göndərir

Hindistan yenə Ermənistana "Akash" göndərir

11 may 2025 , 23:11
Bu ölkədə  şahmat qadağan edildi

Bu ölkədə şahmat qadağan edildi

11 may 2025 , 19:23
Roma Papası XIV Lev

Yeni Roma Papasından ilk ÇAĞIRIŞ

11 may 2025 , 16:14
Donald Tramp, ABŞ Prezidenti

Trampdan yeni sürpriz

11 may 2025 , 11:12