Ukraynanın Xerson vilayətində arılar Rusiya ordusunun hərbçilərinə hücum edib.
Lent.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, həşəratlar 28 hərbçini sancıb, onlardan 3-ü dünyasını dəyişib.
Yerli mətbuat xəbərlə bağlı maraqlı şərh yazıb: “ABŞ Ukraynaya müasir silahlarını vəd etdiyi halda, təbiət özü ordumuz tərəfində vuruşur”.