Ukraynanı hazırda ən azı 72 ölkədən təxminən 16 min xarici könüllü müdafiə edir.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, bu barədə hərbi ombudsman Olqa Reşetilova Ukraynanın xaricdəki diplomatik nümayəndəliklərinin rəhbərlərinin görüşü zamanı bildirib.
"Hazırda ən azı 72 ölkədən təxminən 16.000 xarici könüllü Ukraynanı müdafiə edir. Onların təxminən 40 faizi Latın Amerikası ölkələrinin vətəndaşlarıdır", - o qeyd edib.