Bir qədər sonra Belarusiyada Ukrayna və Rusiya arasında danışıqlar başlayacaq.
Lent.az xəbər verir ki, bu barədə Ukrayna Prezident ofisi məlumat yayıb.
Məlumata görə, Ukraynanı danışıqlarda bu şəxslər təmsil edəcək:
“Xalqın xidmətçisi” fraksiyasının sədri David Araxamia, Ukraynanın müdafiə naziri Aleksiy Reznikov, Prezidentin müşaviri Mixailo Podolyak, habelə Andrey Kostin, deputat Rustem Umerov və Xarici işlər nazirinin müavini Nikolay Toçitski.