Ukrayna  Rusiyanın bir hissəsi   ola bilər: Tramp
11 fevral 2025 18:21 (UTC +04:00)

Ukrayna Rusiyanın bir hissəsi ola bilər: Tramp

ABŞ prezidenti Donald Tramp deyib ki, Ukrayna “bir gün” Rusiyanın bir hissəsi ola bilər. Və bu onun tərəfindən edilən zarafat deyil.

Lent.az-ın xəbərinə görə, Tramp bunu “Fox News” telekanalına müsahibəsində deyib. O, etiraf edib ki, Ukrayna bir gün Rusiyanın bir hissəsi ola bilər. Ona görə də, onun fikrincə, Kiyev Amerika investisiyalarının təhlükəsizliyinə zəmanət verməli və kömək kimi xərclənən Amerika pullarını tez bir zamanda qaytarmalıdır.

 "Onlar nə vaxtsa Rusiyanın bir hissəsi ola bilərlər. Olmaya da bilər " o deyib.

Məlumdur ki, Tramp Kiyevdən 500 milyard dolları pulla deyil, nadir faydalı qazıntılar şəklində tələb edib. O, artıq Ukraynanın “əslində razılaşdığını” bəyan edib. Bundan əvvəl Ukrayna ilə qarşılıqlı fəaliyyətlə bağlı analoji müzakirələrdə ABŞ prezidenti nadir faydalı qazıntılar üzrə 500 milyon dollarlıq sövdələşmədən danışmışdı. 

İndi Trampın sözlərinə görə, Ukrayna yardım müqabilində ABŞ-a öz ərazisində qiymətli faydalı qazıntıların çıxarılmasına çıxış imkanı verməyə praktiki olaraq razılaşıb: söhbət 500 milyard dollar ekvivalentindən gedir.

"Razılaşa bilər, razılaşmaya da bilər. Amma bizim bütün bu resurslarımız Ukraynada olacaq", - deyə Tramp əlavə edib və qeyd edib ki, Ukraynaya pulsuz yardım etməyə davam etmək axmaqlıqdır.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 981

Oxşar yazılar