Üç övladını xilas etdi, özü xilas ola bilmədi
25 iyul 2021 08:32 (UTC +04:00)

Üç övladını xilas etdi, özü xilas ola bilmədi

Türkiyənin Bursa şəhərində ailəsini gəzintiyə aparan kişi faciəvi şəkildə həlak olub.

Lent.az “Demirören Haber Ajansı”na (DHA) istinadən xəbər verir ki, 35 yaşlı ailə başçısı Abdullah Həmzə "Dəmirtaş" su bəndinin yaxınlığında üç övladı və xanımı ilə birgə piknik edib.

Onun üç azyaşlı övladı suya daxil olub və bir müddət sonra onlar boğulmaq təhlükəsi ilə üzləşiblər.

Suya atılan kişi övladlarını ölümdən qurtarsa da, özü xilas ola bilməyib.

Hadisə yerinə gələn dalğıclar onun cansız bədənini sudan çıxaraq aidiyyəti üzrə təhvil veriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3414
avatar

Oxşar yazılar