Osmanlı arxivlərinin zəngin olduğu hər kəsə məlumdur. Müasir Türkiyənin qonşularının hamısı tarixlərini yazmaq üçün bu sənədlərə müraciət ediblər. Arxiv sənədləri arasında zəlzələlərə dair dəyərli materiallar yer alır.
Lent.az-ın xəbərinə görə, Osmalı arxivlərində zəlzələyə dair ən köhnə sənəd 1509-cu ilə aiddir. Sənəd 14 sentyabr 1509-cu ildə baş vermiş zəlzələdə dağılan binaları ətraflı təsvir edir.
Sənədə görə zəlzələ vaxtı yeni tikilmiş Topqapı sarayının bir qismi dağılıb. Sultan Bəyazid namaz üçün sarayı tərk etdiyinə görə salamat qalıb.
Sənəddə dağıdılmış məscidlər barədə müfəssəl məlumat yer alır. Göstərilir ki, qəzalı vəziyyətdə olan ibadət yerləri İstanbul qazısı və baş memarının birgə qərarı ilə sökülüb.