Ömer Çelik, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü
25 iyul 2021 17:57 (UTC +04:00)

Ömer Çelik, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü

Türkiyədən Ermənistana xəbərdarlıq

“Ermənistan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Prezidenti Əliyevin mesajlarını yaxşı anlamalıdır. Əks təqdirdə yeni problemlərlə qarşılaşacaq”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömer Çelik “Twitter” səhifəsində yazıb.

Ermənistanın Kəlbəcərdə həyata keçirdiyi hücum nəticəsində  Azərbaycan hərbiçisinin şəhid olmasına münasibət bildirən Ömer Çelik bunu sərt şəkildə qınayıb: “Bu hücumu lənətləyirik. Ermənistan təcavüzkar siyasətini davam etdirir. Bu, bölgədə sülhə təhlükədir. Ermənistanın regionda sülhü təhlükə altına almasına icazə verilməyəcək”.

Ədalət və İnkişaf Partiyasının sözçüsü onu da vurğulayıb ki, Türkiyə Prezidenti R.T.Ərdoğan da bölgə ölkələri ilə qurulacaq əməkdaşlıq mexanizminin əhəmiyyətinə diqqət çəkib: “Prezidentimiz də dedi ki, Ermənistan təcavüzkarlıqdan imtina edərsə, bu mexanizmə daxil edilməlidir. Ermənistan bu tarixi fürsəti  qaçırmamalıdır”.

# 3948
avatar

Oxşar yazılar