Türkiyədə baş verən zəlzələ nəticəsində 76 nəfər həyatını itirib.
Lent.az-ın xəbərinə görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələ nəticəsində azı 440 nəfər xəsarət alıb.
***
08.21
Bazar ertəsi Türkiyənin cənub-şərqində baş verən 7,4 bal gücündə zəlzələ nəticəsində azı 51 nəfər ölüb.
Lent.az-ın xəbərinə görə, bunu təbii fəlakətdən zərər çəkmiş Diyarbəkir, Malatya, Osmaniye və Şanlıurfa əyalətlərinin valilərinin məlumatları sübut edir.
***
07.53
Türkiyənin cənubundakı Adana şəhərində güclü zəlzələ nəticəsində üç hündürmərtəbəli yaşayış binası tamamilə dağılıb.
Lent.az-ın məlumatına görə, bunu bu şəhərin meri Zeydan Karalar “Habertürk” telekanalının efirində deyib.
“3 yaşayış binası, o cümlədən 17 və 14 mərtəbəli bina tamamilə dağılıb. Xilasedicilər hələ də onlara yaxınlaşa bilməyib. Hələlik itki yoxdur”, - deyə o bildirib.
***
07.29
Türkiyədə baş verən zəlzələd ölənlər barədə ilkin məlumatlar daxil olur.
Lent.az-ın “Hürriyyet”ə istinadla xəbərinə görə, Osmaniyədə 34 bina dağılıb, azı 5 nəfər həlak olub.
Şanlıurfada ölənlərin sayı onu keçib.
Adana valisi 11 mərtəbəli binanın uçması nəticəsində ölən və yaralananların olacağını bildirib. Çukurovada 3 bina tamamilə dağılıb.
Səhiyyə naziri Fəxrəddin Qoca xilasedicilərin yaralıları dağıntılar altından çıxardıqlarını bildirib.