Türkiyədə zəlzələdə dağılan binalarla bağlı 120 nəfər  həbs edilib
18 fevral 2023 19:11 (UTC +04:00)

Türkiyədə zəlzələdə dağılan binalarla bağlı 120 nəfər həbs edilib

Türkiyədə zəlzələ nəticəsində uçan və ciddi zərər görən binalarla bağlı başlanılan cinayət işi üzrə ümumilikdə 400 nəfər şübhəli şəxs qismində istintaqa cəlb olunub.

Lent.az APA-ya istinadən xəbər verir ki, məhkəmə qərarı ilə 120 nəfər barəsində həbs, 112 nəfər barəsində həbsə alternativ qətimkan tədbiri seçilib, 39 nəfərin isə ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.

Digər saxlanılanlar barəsində istintaq hərəkətləri davam edir.

Bundan əlavə, cinayət işində şübhəli bilinən 11 nəfərin vəfat etdiyi, 5 nəfərin isə başqa ölkədə olduğu müəyyən edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1833
avatar

Oxşar yazılar