Hataydakı zəlzələdən sonra sunami xəbərdarlığı ləğv edilib.
Lent.az xəbər verir ki, bunu Türkiyənin Vitse-prezidenti Fuat Oktay bildirib.
Onun sözlərinə görə, sunami xəbərdarlığı AFAD tərəfində prosedur çərçivəsində verilmişdir.
"Artıq o qərar ləğv edilib", - deyə Fuat Oktay bildirib.
***
Saat 22:17
Türkiyənin Hatay şəhərində baş verən 6,4 bal maqnitudalı zəlzələdən sonra sunami xəbərdarlığı edilib.
Lent.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
”Vətəndaşlarımızın dəniz səviyyəsinin 50 sm-ə qədər qalxması riskinə qarşı tədbir olaraq sahil zolağından uzaq durmaları vacibdir”, - deyə qeyd olunub.