Türkiyənin Hatay vilayətindən ötən gün baş verən iki güclü (6,4 və 5,8) zəlzələdə yaralanaların sayı artıb.
Lent.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca "Twitter" hesabında məlumat yayıb.
Onun sözlərinə görə, 294 yaralı var.
Nazir qeyd edib ki, 18 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
“İlkin tibbi yardımdan sonra yaralılar hava və quru yolu ilə Adana və Dördyol xəstəxanalarına aparılıblar. Bütün rayonlarımızdakı səhra hospitalları yaralılara lazımi xidməti göstərməkdə davam edir”, - deyə səhiyyə naziri qeyd edib.