Türkiyədə daha bir bələdiyyədə POLİS ƏMƏLİYYATI  - 20 nəfər saxlanıldı
07 aprel 2026 10:24 (UTC +04:00)

Türkiyədə daha bir bələdiyyədə POLİS ƏMƏLİYYATI - 20 nəfər saxlanıldı

0

Türkiyədə İstanbulun Üsküdar bələdiyyəsində polis əməliyyat keçirib.

Lent.az xəbər verir ki, yerli medianın məlumatına görə, İstanbul Baş Prokurorluğunun Xüsusi İstintaq Bürosunun koordinasiyası ilə aparılan istintaq davam edir. Bu araşdırmalar çərçivəsində İstanbul Polis İdarəsinin Maliyə Cinayətləri ilə Mübarizə Şöbəsi tərəfindən həyata keçirilən əməliyyat nəticəsində Üsküdar bələdiyyəsində tikinti icazəsi ilə bağlı qanunsuzluqlar və rüşvət iddiaları üzrə əməliyyat keçirilib. İstanbul və Yalova bölgəsində ümumilikdə 30 ünvanda əməliyyat keçirilib.

Əməliyyat zamanı İstanbulda 19 şübhəli, Yalovada isə 1 şübhəli olmaqla ümumilikdə 20 nəfər saxlanılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 302

Oxşar yazılar