Bağırsaqların "düşmən"i olan qidalar
07 aprel 2026 07:57 (UTC +04:00)

Bağırsaqların "düşmən"i olan qidalar

0

Gündəlik rasionumuzda yer alan bəzi adi qidalar bağırsaq funksiyasına mənfi təsir göstərə və müxtəlif xəstəliklərə yol aça bilər.

Lent.az xəbər verir ki, rusiyalı qastroenteroloq Yevgeniya Zarubina lenta.ru-ya müsahibəsində bu barədə xəbərdarlıq edib.

Yevgeniya Zarubinanın sözlərinə görə, mədə-bağırsaq traktının işini ilk növbədə emal olunmuş məhsullar pozur. Bu qidaların tərkibində adətən çox miqdarda konservantlar, rəngləndiricilər və süni əlavələr olur. Mütəxəssis izah edib ki, həmin maddələr bağırsaq mikroflorasının balansını poza və iltihablı proseslərin yaranmasına səbəb ola bilər.

Həkim bağırsaqlara zərər verən digər qida kateqoriyası kimi fastfudları qeyd edib. Belə qidaların tərkibində yüksək miqdarda doymuş yağlar, duz və şəkər var. Fastfud məhsullarının mütəmadi istehlakı piylənməyə, maddələr mübadiləsinin pozulmasına və ciddi bağırsaq problemlərinə gətirib çıxara bilər.

Mütəxəssis əlavə edib ki, şirniyyat və şəkərin həddindən artıq qəbulu da bağırsaq sağlamlığına mənfi təsir göstərir. Onun sözlərinə görə, artıq şəkər patogen mikrofloranın çoxalması üçün şərait yaradır ki, bu da qarında şişkinliyə, ağrılara və ifrazat pozuntusuna səbəb olur.

"Laktoza tərkibli süd məhsulları xüsusi qeyd olunmalıdır. Bu maddəyə qarşı dözümsüzlüyü olan insanlarda laktoza bağırsaq dispepsiyası simptomlarına - şişkinlik, ishal və qarın ağrılarına yol aça bilər", - deyə Yevgeniya Zarubina vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 264

Oxşar yazılar