Türkiyədə baş verən iki zəlzələdə ölənlərin sayı 6-ya yüksəlib.
Lent.az xəbər verir ki, bu barədə İHA məlumat yayıb.
***
08:26
Türkiyədə baş verən iki zəlzələdə 4 nəfər ölüb, 294 nəfər isə yaralanıb.
Lent.az xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.
Yaralılardan 18-in vəziyyəti ağır qiymətləndirilir.
***
20.02.2023
Saat 23:59
Türkiyədə baş verən iki zəlzələdə 3 nəfər ölüb, 213 nəfər isə yaralanıb.
Lent.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.
Onun sözlərinə görə indiyə qədər 6 nəfər dağıntılar altından çıxarılıb.
***
Saat 23:47
Türkiyənin Hatay vilayətində baş verən iki güclü zəlzədən (6,4 və 5,8 bal) sonra bir nəfər ölüb.
Lent.az xəbər verir ki, bu barədə "Sputnik Türkiye" məlumat yayıb.
***
Saat 22:43
Türkiyənin Hatay vilayətində baş verən iki güclü zəlzədən (6,4 və 5,8 bal) sonra bəzi binalarda dağıntılar var.
Lent.az xəbər verir ki, bu barədə Hatay Belediyesinin rəhbəri Lütfü Savaş bildirib.
"Bəzi binalar dağılıb. Təəssüf ki, dağıntı altında qalanlar var",- deyə o bildirib.
***
Saat 21:48
Türkiyənin Hatay vilayətində 6,4 bal gücündə zəlzələdən sonra yenidən yeraltı təkanlar olub.
Lent.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Qeyd olunub ki, vilayətin Samandağ rayonunda baş verən zəlzələ 5,8 bal gücündə olub.
Zəlzələ yerli vaxtla saat 20:07-də baş verib.
İki zəlzələnin ardınca afterşoklar olub.
Afterşokların biri 3,9, digəri isə 4,5 bal gücündə baş verib.
***
Saat 21:37
Türkiyədə güclü zəlzələ olub.
Lent.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələnin episentiri Hatay vilayətinin Defne rayonunda 6,4 bal gücündə olub.
Yeraltıtəkanlar yerli vaxtla saat 20:04-də baş verib.
Ətraf ərazilərdə də hiss edilən zəlzələ yerin 16,7 kilometr dərinliyində baş verib.