Türkiyə və digər ölkələrin televiziya kanalları zəlzələdən zərər çəkənlərə yardım kampaniyasını davam etdirir.
Lent.az Anadolu agentliyinə istinadla xəbər verir ki, kampaniya çərçivəsində toplanan vəsait 108 milyard lirəyə çatıb. İndiyədək 7 milyona yaxın SMS göndərilib. Kampaniya davam edir.
***
00.35
Türkiyə və dünyadan 213 televiziya və 562 radionun həyata keçirdiyi "Türkiyə - tək ürək" (#TürkiyeTekYürek) kampaniyasında 101 milyard lirədən çox vəsait toplanıb.
Lent.az-ın xəbərinə görə, bu barədə Anadolu agentliyi məlumat yayıb.
Kampaniyaya Azərbaycandan da tanınmış şirkətlər qoşulub. Toplanan məbləğ anbaan artır.