Türkiyə 3 Rusiya gəmisini boğazlardan buraxmayıb.
Lent.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlüt Çavuşoğlu “Habertürk” kanalına açıqlamasında deyib.
O, həmin gəmilərin Qara dəniz limanlarına aid olmadığını bildirib.
“Biz dostcasına Rusiyaya bu gəmilərə boğazlardan keçməyə icazə verməyəcəyimizi bildirdik”, - Çavuşoğlu deyib.