Tramp qanun layihəsini imzaladı - ABŞ-da şatdaun bitdi
13 noyabr 2025 07:39 (UTC +04:00)

Tramp qanun layihəsini imzaladı - ABŞ-da şatdaun bitdi

0

ABŞ prezidenti Donald Tramp ABŞ hökumətinin yanvar ayının sonuna qədər maliyyələşdirilməsini nəzərdə tutan qanun layihəsini imzalayıb və bununla da rekord müddətə hökumətin bağlanmasına son qoyub.

Lent.az xəbər verir ki, qanun layihəsi Nümayəndələr Palatası tərəfindən təsdiq edilərək imzalaması üçün Trampa göndərilmişdi.

Qeyd edək ki, layihə hökumətin yanvarın 30-na kimi maliyyələşməsini nəzərdə tutur.

Oktyabrın 1-dən bu yana 43 gün davam edən bağlanma ABŞ tarixinə ən uzun şatdaunu kimi yadda qalıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 226

Oxşar yazılar