Torta görə toyun səhəri boşandılar
09 sentyabr 2023 10:27 (UTC +04:00)

Torta görə toyun səhəri boşandılar

Toy tortu ilə uğursuz zarafat britaniyalı yeni evlənənlərin toydan cəmi bir gün sonra boşanmasına səbəb olub.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, bu barədə “Mirror” qəzetində məlumat yer alıb. Belə ki, cütlük 3 illik ünsiyyətdən sonra münasibətlərini qanuniləşdirməyə qərar verib. Eyni zamanda, toydan əvvəl gəlin bəydən internetdə məşhur zarafatları təkrarlamamağı xahiş edib, yeni evlənənlər bir-birinə tort parçaları atıblar. Gəlinin sözlərinə görə, uşaq ikən oxşar zarafat sifətinin zədələnməsi ilə bitib.

Bu zaman bəy onun xahişinə məhəl qoymayaraq 500 dollarlıq toy tortunu onun üzünə ataraq, paltarını yararsız hala salıb. Belə olduğu halda gəlin toyu tərk edib. Qohumlar və qonaqlar ondan qalmağı xahiş etsələr də, qız onlara məhəl qoymayıb.

Ertəsi gün səhər o, boşanmaq üçün ərizə vermək qərarına gəlib və əri ilə barışmaq cəhdi yenidən qalmaqalla başa çatıb. Çünki əri onu yumor hissinin olmamasında günahlandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 43317
avatar

Oxşar yazılar