"Titanik"də batan milyarderin yoldaşı DANIŞDI
01 iyul 2023 09:51 (UTC +04:00)

"Titanik"də batan milyarderin yoldaşı DANIŞDI

"Titanik" gəmisində ölən pakistanlı milyarderin həyat yoldaşı maraqlı detallar paylaşıb.

Lent.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Turist sualtı gəmisi olan "Titanik"də baş verən faciə nəticəsində ərini və 19 yaşlı oğlunu itirən Kristina Davud ərinin əslində onunla birlikdə Atlantik okeanının dibinə getməyə hazırlaşdığını etiraf edib.

Qadın əri ilə bir neçə il əvvəl bu gəmi gəzintisində iştirak etmək və "Titanik"in qalıqlarına baxmaq istədiklərini, lakin koronavirus pandemiyası onların planlarını pozduğunu söyləyib. Arzuları gerçəkləşəndə isə qadın özünü yox, 19 yaşlı oğlu Süleymanı və əri Şahzada Davudu göndərib.

Kristina xatırlayır ki, faciədən əvvəl həyatındakı ən dəyərli olan oğlu və ərini qucaqlayıb, zarafatlaşırdılar, Şahzadə isə “balaca uşaq kimi çox həyəcanlı idi”. Onlarla əlaqənin kəsildiyi xəbərini alanda isə qadın özünə gələ bilməyib. 96 saatlıq axtarışdan sonra o, ailəsinin, eləcə də yoldaşlarının sağ tapılacağına ümidini itirib. Bütün bu müddət ərzində oğlu və yoldaşı "Polar Prince" sualtı qayığının göyərtəsində idi.

Oğlu haqqında danışan ana, Süleymanın rubik kubunu o qədər çox sevdiyini və onu hər yerdə özü ilə apardığını, mürəkkəb tapmacanı 12 saniyə ərzində həll etməklə izləyənlərin göz qamaşdırdığını söyləyib:

"Süleyman rubik kubunu özü ilə dənizin 3700 metr dərinliyinə apardı. Orada Rubik kubunu 12 saniyəyə həll edəcəyini dedi".

Süleyman İngiltərənin Qlazqo şəhərindəki Stratklid Universitetində tələbə idi. Britaniyalı iş adamı Şahzada Davud Pakistanın ən zəngin ailələrindən olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7749

Oxşar yazılar

Doha-İstanbul reysi ilə uçan təyyarə bir mühərriklə eniş etdi - VİDEO

Doha-İstanbul reysi ilə uçan təyyarə bir mühərriklə eniş etdi - VİDEO

13 may 2025 , 06:39
İlin müəllimi 12 yaşlı uşağı zorladı

İlin müəllimi 12 yaşlı uşağı zorladı

13 may 2025 , 04:28
Yeni Roma Papası əslən Türkiyənin Kayseri vilayətindəndir - MARAQLI İDDİA

Yeni Roma Papası əslən Türkiyənin Kayseri vilayətindəndir - MARAQLI İDDİA

13 may 2025 , 01:41
PKK  özünü buraxdı

PKK özünü buraxdı

12 may 2025 , 10:10
Hindistan yenə Ermənistana "Akash" göndərir

Hindistan yenə Ermənistana "Akash" göndərir

11 may 2025 , 23:11
Bu ölkədə  şahmat qadağan edildi

Bu ölkədə şahmat qadağan edildi

11 may 2025 , 19:23
Roma Papası XIV Lev

Yeni Roma Papasından ilk ÇAĞIRIŞ

11 may 2025 , 16:14
Donald Tramp, ABŞ Prezidenti

Trampdan yeni sürpriz

11 may 2025 , 11:12