"Tesla" Trampın  otelinin qarşısında  partladı - Ölən var  -VİDEO
02 yanvar 2025 00:58 (UTC +04:00)

"Tesla" Trampın otelinin qarşısında partladı - Ölən var -VİDEO

ABŞ-nin Nevada ştatının Las-Veqas şəhərində ölkənin yeni seçilmiş prezidenti Donald Trampa məxsus 64 mərtəbəli “Trump İnternational” otelinin qarşısında Tesla Cybertruck” markalı pikapın partlaması nəticəsində bir nəfər ölüb, 7 nəfər yaralanıb.

Lent.az xəbər verir ki, bu barədə Las-Veqasın polis rəisi Kevin Makmehill televiziya kanalında yayımlanan mətbuat konfransında bildirib.

““Cybertruck” otelin qapıları qarşısında dayandıqdan sonra biz maşından tüstü çıxdığını gördük, sonra isə güclü partlayış oldu. Onun sözlərinə görə, “Cybertruck”da olan şəxs həlak olub. “Partlayış nəticəsində 7 nəfər yaralanıb”, deyə o bildirib.

 

Hüquq-mühafizə orqanları hadisəni potensial terror hücumu kimi araşdırır. Hələlik partlayışın dəqiq səbəbi müəyyən edilməyib. Lakin avtomobildə pirotexniki vasitələr olub.

Hüquq-mühafizə orqanları ölən sürücünün partlayışı qəsdən törədib-törətmədiyini müəyyən etməyə çalışır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2235
avatar

Oxşar yazılar