Tesla qiymətləri aşağı salır
07 yanvar 2023 09:40 (UTC +04:00)

Tesla qiymətləri aşağı salır

Tesla satışlar büdrədiyi üçün Çində və Asiyanın digər maşın bazarlarında qiymətləri aşağı salır. Şirkət son üç ayda ikinci dəfə Çində qiymətləri endirərək, dünyanın ən böyük avtomobil bazarında tələbin zəifləməsi fonunda böyük rəqabət planına başlayıb.

Lent.az "Reuters"ə istinadən xəbr verir ki, ABŞ avtomobil istehsalçısı, həmçinin Yaponiya, Cənubi Koreya və Avstraliyada ən çox satılan “Model Y” və “Model 3” elektrik avtomobillərinin qiymətlərini də aşağı salıb.

Tesla səhmləri cümə günü aktiv ticarətdə 2,5 faiz ucuzlaşıb. Son bir ildə səhm dəyərinin 70 faizini itirib.

Keçən ilin sonuna qədər Tesla güclü sifarişlər səbəbindən qiymətləri sabit saxlayıb və ya hətta qaldırıb.

Lakin keçən ay şirkət rəhbəri Elon Mask bəyan etdi ki, "radikal faiz dərəcələri dəyişiklikləri" bütün avtomobillərin, yeni və işlənmiş qiymətə təsir göstərib və Tesla həcm artımını saxlamaq üçün qiymətləri endirə bilər.

Hesablamalara görə, yeni alınan qərarlar Çin bazarında qiymətlərin 24 faiz azalmasına səbəb olacaq.

Aqil Taleh

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1818
avatar

Oxşar yazılar