Terrorçuların hücumu nəticəsində 30-dan çox adam öldü
14 may 2023 06:31 (UTC +04:00)

Terrorçuların hücumu nəticəsində 30-dan çox adam öldü

Burkina-Fasonun şimal-qərbində islamçıların hücumu nəticəsində azı 33 nəfər ölüb.

Lent.az xəbər verir kİ, bu barədə AFP məlumat yayıb.

Hücum Çeriba departamentinin Yulu kəndində (Bukl-du-Muhun rayonu) həyata keçirilib.

Burkina Faso 2015-ci ildən Qərbi Afrikada terror fəaliyyətinin episentrinə çevrilib.

Ölkədə bir neçə beynəlxalq ekstremist qruplar, o cümlədən “İslam Dövləti” qrupunun strukturu olan Böyük Səhrada İslam Dövləti və “Ənsarül-İslam” fəaliyyət göstərir.

Qeyri-hökumət təşkilatlarının məlumatına görə, son illərdə Burkina Fasoda 10 mindən çox insan terrorçular tərəfindən öldürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1696

Oxşar yazılar