Tarixin ən qısa  müharibəsi – sevdiyiniz serialın  dəqiqəsindən də qısa olub
01 yanvar 2026 19:23 (UTC +04:00)

Tarixin ən qısa müharibəsi – sevdiyiniz serialın dəqiqəsindən də qısa olub

0

Tarixdə onilliklərlə davam edən müharibələr olub. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, dünyanın ən qısa müharibəsi cəmi 38 dəqiqə davam edib. Bu hadisə 1896-cı ildə Böyük Britaniya ilə Zənzibar sultanlığı arasında baş verib.

Münaqişənin səbəbi çevriliş olub: sultan Xalid ibn Barqaş britaniyalıların razılığı olmadan hakimiyyəti ələ keçirib. London isə başqa namizədi dəstəkləyib və kapitulyasiya tələb edib. Ultimatumun müddəti avqustun 27-si səhər bitib. Saat 9:00-da Britaniya gəmiləri saraya atəş açıb.

Zənzibar tərəfi müqavimət göstərməyə çalışsa da, qüvvələr tamamilə qeyri-bərabər olub. Cəmi yarım saat sonra saray xarabalığa çevrilib.

Sultana məxsus yeganə “Qlazqo” gəmisi batırılıb. Onun matrosları britaniyalı dənizçilərin köməyi ilə xilas olublar.

Zənzibarın itkiləri təxminən 500 nəfərə çatıb. Britaniya tərəfində isə cəmi bir yaralı olub.

Müharibə sultanın qaçması ilə başa çatıb. Taxta Britaniyaya loyal olan Həmud ibn Məhəmməd gətirilib.

Bu münaqişə Ginnesin Rekordlar Kitabına düşüb və tarixdə ən qısa müharibə kimi tanınıb.

Tarixçilər qeyd edirlər ki, britaniyalılar qətiyyətlə hərəkət edərək qarşı tərəfə heç bir şans qoymayıblar. Onların üstünlüyü mütləq idi.

Zənzibar müstəmləkəçilik siyasətinin qurbanına çevrilib. Onun taleyi cəmi bir neçə dəqiqə ərzində həll olunub.

Yerlı əhali üçün bu müharibə böyük faciə idi. Bir çox insan nə uğrunda döyüşdüyünü belə anlamadan həyatını itirib.

Britaniya imperiyası bölgə üzərində nəzarətini gücləndirib. Zənzibar müstəqilliyini itirib. Bu gün bu tarix absurd görünür. Amma o, müstəmləkəçilik dövründə dövlətlərin taleyinin necə sürətlə həll olunduğunu göstərir.

Cəmi 38 dəqiqə ərzində bir dövlət hakimiyyətdən məhrum olub. Bu rekord indiyədək qırılmayıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 222

Oxşar yazılar