Tamaşaçılar kinoteatrlara çirkli paltarda buraxılmayacaq - QANUNA DƏYİŞİKLİK
19 iyul 2021 22:20 (UTC +04:00)

Tamaşaçılar kinoteatrlara çirkli paltarda buraxılmayacaq - QANUNA DƏYİŞİKLİK

“Rusiya hökumətinin alt komitəsi kinoteatrlarla bağlı qanunu nəzərdən keçirir. Film nümayişi xidmətlərinin göstərilməsi qaydalarında bir sıra dəyişikliklər ediləcək”.

Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Hüquqşünaslar Assosiasiyası İdarə heyətinin sədri Vladimir Qruzdev mətbuata açıqlamasında bildirib.

Yeni qaydalara görə, çirkli paltar geyən tamaşaçılar kinoteatrlara buraxılmayacaq. V.Qruzdev bunu gigiyenik baxımdan qəbuledilməz olduğunu vurğulayaraq bildirib ki, bu zaman  oturacaqların çirklənməsinin qarşısı alınacaq.   

O, həmçinin, digər qadağalardan da bəhs edib. Bildirib ki, kino zallarına elektron siqaret və lazer işıqlandırmalarla giriş qadağan ediləcək: “Digər tərəfdən, dəyişikliklərə görə, tamaşaçı sayı kifayət qədər olmadığı halda kinoteatrlarda planlaşdırılan film təxirə salınmayacaq. Bir nəfər gəlsə belə, nümayiş ləğv edilə bilməz”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1698
avatar

Rəsul SARI

Oxşar yazılar